logo

Azərbaycanda daha 68 nəfər   koronavirusa yoluxdu, 3 nəfər öldü

16:42 15-06-2021 | icon 5341
Azərbaycanda daha 68 nəfər   koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 177 nəfər müalicə olunaraq sağalıb, 68 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 876 nəfər müalicə olunaraq sağalıb, 4958 nəfər vəfat edib. Aktiv xəstə sayı 1430 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 637 min 889 test aparılıb. Bugünkü test sayı isə 10316-dır.