Azərbaycanda koronavirus infeksiyasından daha 119 nəfər müalicə olunaraq sağalıb, 25 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 335 min 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 699 nəfər müalicə olunaraq sağalıb, 4955 nəfər vəfat edib. Aktiv xəstə sayı 1542 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 627 min 573 test aparılıb. Bugünkü test sayı isə 5074-dür.