logo

Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:20 12-06-2021 | icon 4046
Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb, 61 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 398 nəfər müalicə olunaraq sağalıb, 4953 nəfər vəfat edib. Aktiv xəstə sayı 1775 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 615 min 110 test aparılıb. Bugünkü test sayı isə 8746-dır.