logo

Azərbaycanda daha 73 nəfər  koronavirusa yoluxdu,ölən olmayıb

20:38 11-06-2021 | icon 8022
Azərbaycanda daha 73 nəfər  koronavirusa yoluxdu,ölən olmayıb

Azərbaycanda koronavirus infeksiyasından daha 287 nəfər müalicə olunaraq sağalıb, 73 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 335 min 65 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib. Aktiv xəstə sayı 1920 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 606 min 364 test aparılıb. Bugünkü test sayı isə 8515-dir.