“SOCAR PETROLEUM” QSC bu il ərzində yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 29-a çatdırmağı planlaşdırır.
YeniAvropa xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilir ki, yeni YDM-lər Bakıda yerləşəcək. YMD-lərdən biri Pirallahı rayonunda inşa edilib və yaxın günlərdə istifadəyə veriləcək. Digər yanacaqdoldurma məntəqəsi isə Yasamal rayonu, Maşın bazarı kimi tanınan ərazinin yaxınlığında yerləşəcək. Həmin YDM-in də inşası yekunlaşmaq üzrədir. Digər yanacaqdoldurma məntəqəsinin tikintisinə isə Binəqədi rayonu, Bakı-Novxanı yolunun yaxınlığında başlanılıb.
Yeddi müxtəlif ünvanda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində “Super” markalı yanacaq növünün satışı aparılır. QSC-nin aşağıdakı yanacaqdoldurma məntəqələrində həmin yanacaq növünün satışı həyata keçirilir: Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçu dairəsinin yaxınlığı); Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi); Bakı-Quba yolunun 28-ci kilometrində (yolun sağ tərəfi); Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpiya Stadionunun yaxınlığı); Babək prospekti (şəhər mərkəzi istiqamətində); Ziya Bünyadov prospekti və Nobel prospekti.
Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacaq növü “Avro-5” ekoloji standartın tələblərinə cavab verir.