logo

Bakıda “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib

14:27 23-12-2017 | icon 2037
Bakıda “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib

Dekabrın 23-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib.

YeniAvropa xəbər verir ki, konfransı açan Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyəti barədə danışıb. Son illər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəmizə yeni dividentlər gətirdiyini bildirən Baş nazirin müavini bu layihələrin xalqımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb.

Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib ki, düşünülmüş strategiyasız iqtisadi sahədə uğur qazanmaq, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi nailiyyətlər qazanmaq mümkün deyil.

Azərbaycanda nəqliyyat sektorunun inkişafı istiqamətində böyük işlərin görüldüyünü qeyd edən Cavid Qurbanov bildirib ki, ölkəmizdə müasir logistik şəbəkə qurulub, respublikamızın geniş tranzit imkanlarından səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyasından danışıb. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanmasını böyük tarixi hadisə adlandıran Xoşbəxt Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunmasının təntənəli şəkildə qeyd edildiyini xatırladıb.

Sonra tədbir bədii hissə ilə dava edib.