Gəncə "2019-cu ildə Avropanın İdman Şəhəri" tituluna namizəddir
Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri tituluna namizədliyi irəli sürülüb. Bu münasibətlə “ACES Europe” təşkilatının nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
YeniAvropa xəbər verir ki, ACES Europe təşkilatının prezidenti Gian Françesko Lupattelli, təşkilatın vitse-prezidenti Con Svanson, İdarə Heyətinin üzvü Lukas Vorel-Adams, Beynəlxalq İnkişaf bölməsinin rəhbəri Xavier Rodriqo və baş katibi Huqo Alonsodan ibarət olan nümayəndə heyəti şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Elmar Vəliyev nümayəndə heyətinə Gəncənin keçdiyi tarixi inkişaf yolu, xüsusən son illərdə şəhərdə həyata keçirilən bir sıra beynəlxalq layihələr haqqında ətraflı məlumat verib.
Gəncənin Avropanın İdman Şəhəri tituluna layiqli namizəd olduğunu bildirən “ACES Europe” təşkilatının prezidenti Gian Françesko Lupattelli və nümayəndə heyətinin üzvləri burada keçirilən yarışlar və əldən olunan nailiyyətlərlə maraqlanıblar.
Nümayəndə heyətinə Gəncədə fəaliyyət göstərən idman məktəbləri, orta və ali təhsil ocaqlarında yaradılan şərait, park və xiyabanlarda sakinlərin istifadəsinə verilən idman qurğuları barədə ətraflı məlumat verilib. Gəncədə uşaqlar, qadınlar və əllilərin idmanla rahat məşğul olmaları üçün yaradılan şəraitdən də söz açılıb.
Bildirilib ki, Avropanın İdman Şəhəri tituluna namizəd olan Gəncədə il ərzində sosial şəbəkələrdə “Gəncə AİŞ 2019-a namizəd” adı altında səhifələr yaradılacaq. Bu səhifələrdə il ərzində şəhərdə keçirilən idman tədbirləri haqqında məlumatlar yerləşdiriləcək. Həmçinin idman və gənclər təşkilatlarının təmsil olunduğu Təşkilat Komitəsi yaradılacaq. İdman tədbirlərinin hazırlanması və icrasında könüllü qrupların fəaliyyətindən də istifadə olunacaq. “Gəncə AİŞ 2019” loqosunun hazırlanaraq ictimaiyyətə təqdim olunması da görüləcək işlər sırasındadır. Koordinasiya işlərini “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi həyata keçirəcək.
Qeyd edək ki, “ACES Europe” - Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilatdır. “ACES Europe” hər il 9-19 şəhərə Avropa İdman Şəhəri, 1 şəhərə isə Avropa İdman Paytaxtı titulu verir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb