Azərbaycanda koronavirus infeksiyasından 274 nəfər müalicə olunaraq sağalıb, 68 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 334 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 326 min 893 nəfər müalicə olunaraq sağalıb, 4941nəfər vəfat edib. Aktiv xəstə sayı 2881 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 567 min 745 test aparılıb. Bugünkü test sayı isə 7794-dür.