Mayın 17-də Avstriya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) YeniAvropa-ya bildirilib ki, tədbirə energetika, İKT, konsaltinq, tikinti, müxtəlif növ sayğaclar, taksometrlər, maşınqayırma, metallurgiya, yanğınsöndürmə avadanlıqlar, logistika, mebel, tullantıların təkrar emalı, süni qaryağdırma avadanlıqları, təbii uçqunlardan mühafizə sistemləri, nəqliyyat, tikinti, təhsil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstriya şirkətinin qatılacağı gözlənilir.