logo

Paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

16:58 02-05-2018 | icon 2513
Paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.