İyunun 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 47 min 637 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 42266, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5371 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 465 min 719-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 540 min 259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 925 min 460 nəfərdir.