Azərbaycanda koronavirus infeksiyasından daha 406 nəfər müalicə olunaraq sağalıb, 123 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 326 min 269 nəfər müalicə olunaraq sağalıb, 4933 nəfər vəfat edib. Aktiv xəstə sayı 3337 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 551 min 620 test aparılıb. Bugünkü test sayı isə 9585-dir.