İyunun 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 50 min 988 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 45219, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5769 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 418 min 82-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 497 min 993, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 920 min 89 nəfərdir.