logo

Azərbaycanda daha 128 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

16:39 03-06-2021 | icon 3724
Azərbaycanda daha 128 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 445 nəfər müalicə olunaraq sağalıb, 128 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 325 min 863 nəfər müalicə olunaraq sağalıb, 4929 nəfər vəfat edib. Aktiv xəstə sayı 3624 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 542 min 35 test aparılıb. Bugünkü test sayı isə 9563-dür.