logo

Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

17:39 02-06-2021 | icon 3801
Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 378 nəfər müalicə olunaraq sağalıb, 156 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 325 min 418 nəfər müalicə olunaraq sağalıb, 4926 nəfər vəfat edib. Aktiv xəstə sayı 3944 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 532 min 472 test aparılıb. Bugünkü test sayı isə 8834-dür.