logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 907 mini ötüb

17:09 01-06-2021 | icon 4032
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 907 mini ötüb

İyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 59 min 499 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 51940, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 7559 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 312 min 715-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 404 min 898, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 907 min 817 nəfərdir.