Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 475 nəfər müalicə olunaraq sağalıb, 176 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 334 min 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 325 min 40 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib. Aktiv xəstə sayı 4171 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 523 min 638 test aparılıb. Bugünkü test sayı isə 9649-dur.