Mayın 17-də Bakıda Azərbaycan-Polşa biznes-forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) YeniAvropa-ya bildirilib ki, görüş Polşa iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək.
Tədbirə kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 7 Polşa şirkətinin qatılacağı gözlənilir.