Mayın 30-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 44 min 735 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 414, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 min 321 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 252 min 809-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 778, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 31 nəfərdir.