logo

Azərbaycanda daha 220 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

16:49 27-05-2021 | icon 4165
Azərbaycanda daha 220 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 533 nəfər müalicə olunaraq sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 333 min 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 322 min 806 nəfər müalicə olunaraq sağalıb, 4891 nəfər vəfat edib. Aktiv xəstə sayı 5620 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 486 min 381 test aparılıb. Bugünkü test sayı isə 9369-dur.