logo

Azərbaycanın 23 bankı bir ay gücləndirilmiş rejimdə işləyəcək

23:17 30-04-2018 | icon 2590
Azərbaycanın 23 bankı bir ay gücləndirilmiş rejimdə işləyəcək

Mayın 1-dən 31-dək Bakı şəhərində növbəti dəfə keçiriləcək ticarət festivalı ilə əlaqədar olaraq banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) YeniAvropa-ya verilən məlumata görə, 23 bankın 48-dən çox filial və şöbəsi Baku Shopping Festivalda müştərilərə xidmət edəcək.

Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcəklər.

Tədbirlə əlaqədar olaraq MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir sualla bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına (Vüsal Həsənov, vü[email protected], (+994) 12 493 50-58 (daxili 429)) müraciət edə bilərlər.

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.