Mayın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 min 615 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26149, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 8466 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 55 min 986-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 184 min 780, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 871 min 206 nəfərdir.