logo

“ASAN Xidmət”in daha iki şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunub

21:41 30-04-2018 | icon 2429
“ASAN Xidmət”in daha iki şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha iki işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova Nazirliyin Hüquq şöbəsinin müdiri, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev isə Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Agentliyinin iki işçisi - Anar Hüseynov və Sarvan Cəfərova Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Qeyd edək ki, aprel ayının 21-də prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət Agentliyinin sədri İnam Kərinmov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub.