Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 596 nəfər müalicə olunaraq sağalıb, 203 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 333 min 97 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 322 min 273 nəfər müalicə olunaraq sağalıb, 4885 nəfər vəfat edib. Aktiv xəstə sayı 5939 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 477 min 12 test aparılıb. Bugünkü test sayı isə 8397-dir.