logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 862 mini ötüb

17:11 25-05-2021 | icon 4249
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 862 mini ötüb

Mayın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 min 287 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24233, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 10054 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 21 min 371-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 158 min 631, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 862 min 740 nəfərdir.