logo

Azərbaycanda daha 284 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

16:58 25-05-2021 | icon 3934
Azərbaycanda daha 284 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 545 nəfər müalicə olunaraq sağalıb, 284 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 332 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 321 min 677 nəfər müalicə olunaraq sağalıb, 4877 nəfər vəfat edib. Aktiv xəstə sayı 6340 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 468 min 615 test aparılıb. Bugünkü test sayı isə 9825-dir.