logo

Azərbaycanda koronavirusa yoluxanların əksəriyyəti qadınlardır

13:03 25-05-2021 | icon 3983
Azərbaycanda koronavirusa yoluxanların əksəriyyəti qadınlardır

Aprel ayının ortalarından etibarən ölkəmizdə yoluxma faizi 10 faizdən aşağıdır. Son günlərdə isə bu rəqəm 3-5 faizə qədər enib. Bu da çox yaxşı bir göstəricidir.

YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, statistik göstəricilərdə ciddi dəyişiklik qeydə alınmır. Yenə də qadınlar arasında yoluxma kişilərə nisbətən çoxdur.