logo

Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

19:29 24-05-2021 | icon 5880
Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 424 nəfər müalicə olunaraq sağalıb, 156 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 332 min 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 321 min 132 nəfər müalicə olunaraq sağalıb, 4867 nəfər vəfat edib. Aktiv xəstə sayı 6611 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 458 min 790 test aparılıb. Bugünkü test sayı isə 5546-dır.