logo

Dövlət Agentliyi maaşından narazı həkimə cavab verdi

17:30 24-05-2021 | icon 7427
Dövlət Agentliyi maaşından narazı həkimə cavab verdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim anestezioloq-reanimatoloq Kəmalə Namazovanın əməkhaqqı ilə bağlı fikirlərinə münasibət bildirib.

Dövlət Agentliyindən YeniAvropa-ya daxil olan məlumatda deyilir: “M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim anestezioloq-reanimatoloqu Kəmalə Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin martından bir neçə tibb müəssisəsinə ezam olunub. Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə ona iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə ödənilir.

Belə ki, K.Namazovaya 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayı da daxil olmaqla iş vaxtına/saatına mütənasib olaraq ümumilikdə 24 min 865 manat 36 qəpik müddətli əlavə ödənilib.

Həkimin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu aylar üzrə ona ödənilən müddətli əlavələrin məbləği (işçi tərəfindən ödənilməli olan vergi tutulmaları daxil olmaqla) aşağıdakı cədvəldə qeyd olunur: 

Aylar

İş günlərinin sayı

İş saatlarının sayı

VTC dərəcəsi

VTC maaşı

Misli

1 günə/saata düşən məbləğ

Məbləğ

Mart 2020

3

24

14

423,00

5,00

2,64

316,85

Aprel 2020

30

240

14

423,00

5,00

13,35

3204,00

May 2020

31

248

14

423,00

5,00

3,16

3914,33

İyun 2020

30

240

14

423,00

5,00

2,66

3192,45

İyul 2020

31

248

14

423,00

5,00

2,42

2997,26

Avqust 2020

21

168

14

423,00

5,00

2,64

2220,75

Noyabr 2020

25

300

14

423,00

5,00

2,64

3965,63

Dekabr 2020

31

248

14

423,00

5,00

2,42

2997,26

Yanvar 2021

15

120

14

423,00

5,00

2,96

1774,83

Mart 2021

3

18

14

423,00

5,00

3,13

282,00

YEKUN:

24 865,36

K.Namazovanın çalışdığı M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. Burada çalışan səhiyyə işçiləri “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əməkhaqqı alırlar.

Qaydaya əsasən, səhiyyə işçilərinin vəzifə maaşları əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 19 iyun tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” əsasında 18 dərəcə üzrə müəyyən edilir.

Həkim anestezioloq-reanimatoloq K.Namazovanın 14-cü dərəcə üzrə vəzifə (tarif) maaşı 423,00 manatdır. K.Namazovaya həkim anestezioloq-reanimatoloq ixtisası üzrə çalışdığı üçün sözügedən Qaydaya uyğun olaraq vəzifə (tarif) maaşından əlavə 480,00 manat aylıq sabit həvəsləndirici əlavə, hər anesteziyaya görə aparılmış xidmətlər üzrə isə tətbiq edilən tarifin 5 faizi həcmində aylıq həvəsləndirici əlavənin verilməsi müəyyən edilib.

Bundan əlavə, reanimasiya, intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat, sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə hesablanır.

Nəzərinizə çatdırırıq ki, hazırda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq tibb müəssisələrində optimallaşdırma tədbirləri görülür, yeni struktur və ştat cədvəlləri hazırlanır. Tibb müəssisələrində çalışan əməkdaşlar üçün icbari tibbi sığorta ilə bağlı həvəsləndirici əlavələr yeni ştat cədvəli təsdiq edildikdən sonra, lakin aprel ayının 1-dən hesablanaraq ödəniləcək. Yəni, aprel ayından ştat cədvəli təsdiq ediləcək aya qədər olan dövr üçün bütün həvəsləndirici əlavələrin ödənişi təmin olunacaq. Ştat cədvəli təsdiq edilənədək əməkdaşlar əvvəlki qaydada tarif maaşı və qanunvericilikdə nəzərdə tutulmuş digər əlavələri alırlar”.

Xatırladaq ki, ötən gün koronaviruslu xəstələrin müalicə olunduğu "Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova özünün "Facebook" hesabında aldığı maaşdan narazılığını bildirib.

K.Namazova TƏBİB və Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığı müraciətində bunları yazıb: "Mən çalışdığım klinikada hər gün saysız-hesabsız xəstələrlə işləyirik. Mən 430 manat maaş alıram (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent). 1 övladım BDU-da oxuyur (pulluda), 1-i də instituta hazirlaşır.

Mənə maraqlıdır, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikalarda işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır ya yox.

Xahiş edirəm, bütün həkimlər, zatən iki cəbhədə canımızı qoysaq da nə xalqın, nə də müvafiq qurumların məhəbbət və hörmətini görmədik.

Dövlət rəhbərliyinə müraciət edək. Bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin. Buradan Rəşad Mahmudova (Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat -red.) səslənirəm. Buradan ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm. Bu bədbəxt həkimlərin ümidi sizədir”.