Hərraca 75 dövlət əmlakı çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 29-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşdirilməyə çıxarılan 75 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü səhmdar cəmiyyət, 3-ü kiçik dövlət müəssisə və obyekti, 13-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.
YeniAvropa xəbər verir ki, ƏMDK-dan verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Salyan broyler”, “Qax Taxıl”, “Ağdaş Quşçuluq“, “Salyan Aqrotexservis”, “Yevlax Kəndnəqliyyat“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan broyler” Açıq Səhmdar Cəmiyyətidir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olur. Bu əmlaklar paytaxtla yanaşı, respublikanın digər rayonlarında da yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi müxtəlif olur. Bu isə alıcıların seçim imkanını artırır. Bununla investor biznes planına uyğun əmlakı rahatlıqla seçə bilir.
Budəfəki hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 60 saylı mağazanı nümunə kimi göstərmək olar. Bakının Qaradağ rayonunda yerləşən həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 500 kvadratmetrdən çoxdur.
Bundan başqa Mingəçevirdə yerləşən qeyri-yaşayış binası da sahibi üçün xidmət sahəsində gəlirli hesab olunur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 12-si paytaxtda, 1-i isə Mingəçevir şəhərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 14 kvadratmetr ilə 446 kvadratmetr arasında dəyişir.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Yasamal rayonunda yerləşən, 30 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlaka sahib olmaq üçün 600 manat beh ödənilməlidir. Həmçinin paytaxtın Nizami rayonunda yerləşən, sahəsi 26 kvadratmetr olan əmlakın ilkin start qiyməti 5 min 200 manat təşkil edir.
Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Almaniya və Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 10 min 286 manatla 19 min 460 manat arasında dəyişir. Buraxılış tarixləri isə 2008-2009-cu illəri əhatə edir.
Özəlləşdirilməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaqla öyrənmək olar.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edək ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Mühüm yenilik olan Elektron hərrac vasitəsilə vətəndaş sifariş verdiyi əmlakın özəlləşdirməsində iştirak edə bilər. Bunun üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını özəlləşdirə bilirlər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirmədə fəal iştirak etməyə dəvət edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb