logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 846 mini ötdü

17:16 22-05-2021 | icon 3654
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 846 mini ötdü

Mayın 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 36 min 758 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25158, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11600 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 961 min 563-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 115 min 44, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 846 min 519 nəfərdir.