logo

Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

16:56 22-05-2021 | icon 4396
Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 720 nəfər müalicə olunaraq sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 332 min 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 319 min 991 nəfər müalicə olunaraq sağalıb, 4851 nəfər vəfat edib. Aktiv xəstə sayı 7393 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 446 min 33 test aparılıb. Bugünkü test sayı isə 10841-dir.