Mayın 21-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 102 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21393, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11709 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 924 min 805-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 89 min 886, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 834 min 919 nəfərdir.