Mayın 20-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 min 411 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 14079, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14332 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 891 min 703-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 68 min 493, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 823 min 210 nəfərdir.