logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 808 mini ötdü

16:29 19-05-2021 | icon 3528
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 808 mini ötdü

Mayın 19-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 min 635 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 11633, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 17002 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 863 min 292-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 54 min 414, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 808 min 878 nəfərdir.