Mayın 18-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 35 min 914 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 10727, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 25187 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 834 min 657-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 42 min 781, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 791 min 876 nəfərdir.