logo

Azərbaycanda daha 432 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

16:36 18-05-2021 | icon 6405
Azərbaycanda daha 432 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb, 432 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 330 min 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 316 min 439 nəfər müalicə olunaraq sağalıb, 4802 nəfər vəfat edib. Aktiv xəstə sayı 9460 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 404 min 46 test aparılıb. Bugünkü test sayı isə 11116-dır.