logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 766 mini ötdü

16:57 17-05-2021 | icon 3745
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 766 mini ötdü

Mayın 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3 min 694 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1223, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2471 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 798 min 743-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 32 min 54, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 766 min 689 nəfərdir.