Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da gəlib.
Xatırladaq ki, yanğın baş vermiş 130 metr hündürlükdə olan bina bir vaxtlar “Trump Tower” adlanıb. Lakin Donald Tramp prezident seçiləndən sonra françayzinq müqaviləsinə xitam verilib.
Sözügedən bina “Garant Holding”ə məxsus olub.
Artıq gunorta saatlarında binada baş verən yanğın söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.