Bakıda iş günü olmasına baxmayaraq onlayn növbə götürüb gələn jurnalistə "poliklinika bağlıdır" deyən tibb müəssisəsinin işçisinə töhmət verilib.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Xatırladaq ki, koronavirus əleyhinə vaksinasiya üçün "randevu.its.gov.az" saytında qeydiyyatdan keçən jurnalist Kamran Mahmudov ötən gün 39 saylı şəhər poliklinikasına yaxınlaşsa da, peyvənd oluna bilməyib.
Buna səbəb kimi həmin vaxtda poliklinikada heç kimin olmaması və peyvəndləmə vaxtının bitməsi göstərilib.