Mayın 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17 min 623 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4455, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13168 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 795 min 49-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 30 min 831, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 764 min 218 nəfərdir.