Türkiyədə cari ildə ev alanların siyahısında Azərbaycan vətəndaşları 851 evlə altıncı sırada qərarlaşıblar. YeniAvropa bu barədə Türkiyənin rəsmi statistikasına əsasən xəbər verir.. Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşları bu ilin noyabr ayında Türkiyədə 62 ev satın alıblar ki, bu da əvvəlki ayla müqayisədə 32% çoxdur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları bu ilin yanvar-noyabr ayları ərzində Türkiyədə 851 ev alıblar. Bu da illik müqayisədə 54% artım deməkdir.
Cari ilin ilk 11 ayı ərzində ev alan xarici vətəndaşların siyahısında ilk yerdə İraq (3 387 ev) qərarlaşıb. Sonrakı sıralama isə ölkələr üzrə belədir: Səudiyyə Ərəbistanı (3 074 ev), Küveyt (1 540 ev), Rusiya (1 202), Əfqanıstandan (976 ev).