logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 751 mini ötdü

17:17 15-05-2021 | icon 4165
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 751 mini ötdü

Mayın 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 794 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3897, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11 min 897 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 777 min 426-ya çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 26 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 751 min 50 nəfərdir.