III Bakı Şopinq Festivalı start götürür
Mayın 1-də üçüncü Bakı Şopinq Festivalına (Ticarət Festivalına) start veriləcək.
YeniAvropa "vergiler.az" saytına istinadla bildirir ki, Ticarət Festivalları dövründə ƏDV-nin qaytarılması sahəsində operator tərəfdaş Vergilər Nazirliyidir.
Nazirlik ƏDV-nin qaytarılması işlərini təşkil etməklə yanaşı, müvafiq proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə olunmasını təmin edir.
Məlumata əsasən, birinci festival dövründə 31 vergiödəyicisinin 172 təsərrüfat subyekti vergi orqanlarında satıcı kimi qeydiyyatdan keçib. İkinci festival dövründə isə 77 vergiödəyicisinin 493 təsərrüfat subyekti vergi orqanlarında satıcı kimi qeydiyyata alınıb.
Festival dövründə hər bir alıcı ƏDV-nin qaytarılması ilə bağlı satıcılardan ətraflı məlumat almaq imkanına malik olacaqlar. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” sistemindən istifadə edə biləcəklər. Alınan mala görə ödənilmiş məbləğin ƏDV hissəsini şəxsiyyət vəsiqəsini təqdim etməklə geri almaq mümkün olacaq.
Malların dəyəri bir hesab-faktura üzrə 100 manatdan çox olarsa, həmin sənədi satıcıdan almaq və bu məqsədlə yaradılan ƏDV köşkündə təsdiqlətmək lazımdır. Ödənilən məbləğin vergisini müvafiq müvəkkil bank vasitəsilə nağd və ya köçürmə yolu ilə geri almaq mümkündür.
Birinci festival dövründə 1 milyon 537 min manatdan artıq vəsait müştərilərə geri qaytarılıb. İkinci festival dövründə isə bu rəqəm 3 milyon 388 min manatdan çox olub.
Qeyd olunub ki, “Tax free” sistemində 300 manatdan artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulurdusa, ticarət festivalları zamanı bu hədd daha aşağıdır - bir e-VHF üzrə alınan malların dəyəri ƏDV ilə birlikdə 100 manatdan çox olmalıdır.
“Tax free” sistemində alıcı malı ölkə ərazisindən çıxardıqdan sonra ən geci 90 gün ərzində ƏDV geri qaytarılır, ticarət festivallarında isə belə məhdudiyyət yoxdur - mal alındığı gün ərzində ƏDV nağd qaydada və ya sonrakı 10 gün ərzində nağdsız qaydada geri qaytarılır. “Tax free” sistemində malların yoxlanılması və ƏDV-nin qaytarılması gömrük sərhəd-buraxılış məntəqələrində, ticarət festivallarında isə bilavasitə ticarət məkanlarında yaradılan xüsusi köşklərdə həyata keçirilir.
Əvvəlki ticarət festivallarında 7 bank müştərilərə öz xidmətlərini göstərib. Əgər tələbat yaranarsa, növbəti festivalda bankların sayının 10-a çatdırılması, köşklərin sayının isə artırılması nəzərdə tutulur.
“Tax free” sistemindən həm əcnəbilər, həm də Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb