logo

COVID-19-a qarşı II mərhələ  peyvənd olunanların sayı  730 minə çatır

19:30 13-05-2021 | icon 3808
COVID-19-a qarşı II mərhələ  peyvənd olunanların sayı  730 minə çatır

Mayın 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 15 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 158 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 748 min 725-ə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 19 min 352, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 729 min 173 nəfərdir.