“Bakcell”in “İmzalı zəng” xidməti ilə özünü təqdim et!
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti ölkənin mobil rabitə xidmətləri istifadəçilərinə innovativ xidmətlər təqdim edir.
Yeni istifadəyə verilən “İmzalı zəng” xidməti vasitəsilə siz özünüzü zəng etdiyiniz şəxslərə nömrəniz onların ünvan kitabçasında olmasa belə tanıda biləcəksiniz. Belə ki, zəng etdiyiniz şəxs təkcə nömrənizi yox, sizin imzanızı da görəcək.
YeniAvropa xəbər verir ki, bu xidmətdən həm fərdi həm də korporativ abunəçilər yararlana bilər. Korporativ abunəçilər imza xidmətindən özünü ilk zəngdən potensial müştərilərə tanıtmaq üçün, fərdi abunəçilər isə zəngi qəbul edən şəxsə öz əhvalını ifadə edə və yaxud maraqlı bir ismarış göndərmək üçün istifadə edə bilərlər. Beləliklə, yeni xidmət sayəsində zənglər daha əyləncəli və maraqlı olacaq.
Xidməti aktivləşdirmək üçün seçdiyiniz imza mətnini yazıb SMS vasitəsilə 5111 qısa nömrəsinə göndərmək kifayətdir (fərdi abunəçilər üçün 1 SMS-in qiyməti 10 qəpik, korporativ abunəçilər üçün SMS pulsuzdur). Təsdiq mesajı aldıqdan sonra xidmətdən rahat şəkildə istifadə edə bilərsiniz. Öz imzanızı zəng etdiyiniz şəxsə göstərmək üçün yığdığınız nömrənin əvvəlində *5* yığın. “İmzalı zəng” xidmətinin istifadə haqqı CİN və Klass abunəçiləri üçün hər zəngə görə 0.10 AZN (ƏDV daxil), korporativ abunəçilər üçün isə ayda 1.99 AZN (ƏDV daxil) təşkil edir. "İmzalı zəng" zamanı bütün danışıqlar abunəçinin cari tarifinə uyğun hesablanır.
Qeyd edək ki bu xidmət ölkə daxilində və yalnız Bakcell nömrələrinə zəng üçün istifadə edilə bilər. İmzada qeyd edilən mətnə görə (yəni öz adını necə qeyd etməsi) üçün məsuliyyəti tam olaraq abunəçi özü daşıyır. Xidmət barədə daha ətraflı məlumat https://www.bakcell.com/az/call_signature səhifəsindən əldə oluna bilər.
İnnovasiya sahəsində özünü doğrultmuş lider olan "Bakcell" şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün yeni və maraqlı xidmətlər göstərməyə davam edəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb