logo

Azərbaycanda daha 514 nəfər  koronavirusa yoluxdu, 15 nəfər öldü

16:56 11-05-2021 | icon 7392
Azərbaycanda daha 514 nəfər  koronavirusa yoluxdu, 15 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1306 nəfər müalicə olunaraq sağalıb, 514 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 327 min 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 308 min 317 nəfər müalicə olunaraq sağalıb, 4713 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 571 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 346 min 12 test aparılıb. Bugünkü test sayı isə 8081-dir.