logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1 milyonu ötüb

15:55 10-05-2021 | icon 3990
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1 milyonu ötüb

Mayın 10-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 170 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 144 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 567-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 704, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 863 nəfərdir.