logo

Azərbaycanda 18 yaşlı vətəndaşların vaksinasiyasına başlanılıb

11:09 10-05-2021 | icon 7469
Azərbaycanda 18 yaşlı vətəndaşların vaksinasiyasına başlanılıb

Bu gündən Azərbaycanda 18 yaşına çatmış vətəndaşlarının vaksinasiya prosesinə başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  səhiyyə nazirinin birinci müavini Teymur Musayev məlumat verib.

Vaksinasiya “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən keçirilir. Vaksinasiyanın əsas məqsədi koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərdir.

Yanvarın 18-dən başlanılan baksinasiya kampaniyasında Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Artıq ölkəmizə “Vaxzevria” və “Sputnik V” vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır.