Mayın 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 625 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3710, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21915 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərdir.